Əsas məzmuna keç

Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

bununla bağlı Türkiyə KİV məlumat yayıb. Məlumata görə, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik...

Rəcəb Tayyib Ərdoğan G20 Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.

Bu il 19-cu dəfə 18-19 noyabr tarixlərində keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.

Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, mövzuları müzakirə olunacaq.

Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək.

Ərdoğanın görüşlərdə İsrailin Qəzzada davam edən hücumlara diqqət çəkəcəyi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…