Əsas məzmuna keç

“Elektroenergetika haqqında” qanuna dəyişiklik təsdiqlənib

“Elektroenergetika haqqında” qanuna dəyişiklik təsdiqlənib

İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda tarif olunacaq.

Sənədə əsasən, elektrik enerjisinin səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…