ABŞ Prezidenti Donald Tramp lazım olsa, İrana yenidən hücum edəbiləcəklərini deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bununla bağlı Truth Social hesabında paylaşım edib.
Tramp İranın xarici işlər naziri Abbas Araqçının "Fox News"a verdiyi müsahibədə ABŞ-nin İrana hücumu ilə bağlı dediklərinə cavab verib.
Tramp bildirib ki, Araqçı İranın nüvə obyektləri ilə bağlı zərərin çox ciddi olduğunu deyib: "Əlbəttə ki, belədir. Ehtiyac olsa, bir daha edəcəyik".