Operativ Məlumat Mərkəzi

“Əfqanıstanın regional layihələrdə iştirakı vacibdir”

1 dəq
Paylaş:
“Əfqanıstanın regional layihələrdə iştirakı vacibdir”
bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Biz hesab edirik ki, regionumuzun təhlükəsizliyini və onun çiçəklənməsini təmin etmək...

Əfqanıstanın regional siyasi proseslərə cəlb edilməsi iqtisadi və digər çoxtərəfli birliklərin fəaliyyətini dəstəkləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz hesab edirik ki, regionumuzun təhlükəsizliyini və onun çiçəklənməsini təmin etmək üçün səylər Kabilin siyasi proseslərə, çoxtərəfli assosiasiyaların fəaliyyətinə və birgə iqtisadi layihələrə cəlb olunmasını tələb edir", - baş diplomat Əfqanıstan üzrə Moskva Məsləhətləşmələr Formatının yeddinci iclasında vurğulayıb.

"Bu, Moskvanın tamamilə bölüşdüyü yanaşmadır; biz iyul ayında Əfqanıstan İslam Əmirliyinin rəsmi tanınmasını elan etdikdən sonra ikitərəfli əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırdıq", - Lavrov qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər