Əsas məzmuna keç

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - 16.08.2025

DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - 16.08.2025

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə...

Polis əməkdaşları tərəfindən ikitəkərli vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, paytaxt ərazisində həyata keçirilən növbəti tədbir zamanı qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.

İnsanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Bir daha yol hərəkəti iştirakçılarını diqqətli olmağa və qaydalara riayət etməyə .

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…