Əsas məzmuna keç

DİM: 600-dən yuxarı bal toplayıb müsabiqədən keçə bilməyənlərə güzəşt tətbiq edilmir

DİM: 600-dən yuxarı bal toplayıb müsabiqədən keçə bilməyənlərə güzəşt tətbiq edilmir

bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin...

Bu il IV qrup üzrə verən 9 nəfər, III qrup üzrə imtahan verən 1 nəfər 600-dən bal toplasa da, müəssisələrinə qəbul ola bilməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.

Onun sözlərinə görə, bəzən cəmiyyətdə həmin abituriyentlər seçimlərini doğru etmədikləri üçün qınanılırlar:

"Biz onların ərizələrinə baxanda məqsədli abituriyentlər olduğunu görürük. Tutaq ki, tibbi ixtisasını istəyən şəxs yalnız həmin ixtisası qeyd edib və digər ixtisasları yazmayıblar. DİM ixtisas seçimindən əvvəl müsabiqə vəziyyətini təhlil edib yayımlamışdı. Həmin abituriyentlər rəqib saylarına və plan yerlərinə baxıb təhlil aparmalı idilər".

DİM rəsmisi əlavə edib ki, bu kimi hallarda həmin şəxslərə hər hansı edilmir:

"Ya qalan boş plan yerlərində iştirak edə bilərlər, ya da yenidən növbəti ildə imtahan verə bilərlər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…