Operativ Məlumat Mərkəzi

Deputat Ağdamın problemini dilə gətirdi

2 dəq
Paylaş:
Deputat Ağdamın problemini dilə gətirdi

Milli Məclisin iclasında çıxış edən deputat Elman Məmmədov Ağdam rayonunun işğal altında olmamış dörd kəndinin əhalisinin su təminatı ilə bağlı müraciətini hökumətin diqqətinə çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, həmin ərazidə Qarabağ kanalı üzərində nasos stansiyası və su anbarının inşası kənd təsərrüfatının inkişafı və əhalinin su problemi baxımından böyük əhəmiyyət daşıyır:

“Yağış və sel sularının toplanması həm əkin sahələrinin suvarılmasını, həm də kənd sakinlərinin içməli su təminatının yaxşılaşmasını təmin edər”.

Elman Məmmədov həmçinin 2026-cı ilin dövlət və icmal büdcələri haqqında qanun layihəsini yüksək qiymətləndirib:

“Bu büdcə ölkənin gələcək uğurlu inkişafını tam təmin edəcək həqiqi qanun layihəsidir. Əminəm ki, deputat həmkarlarım bu layihəni yekdilliklə dəstəkləyəcəklər. Hökumət isə büdcənin icrasında uğurla fəaliyyət göstərəcəkdir”.

Afər Ziyadqızı

Bu xəbəri paylaş

Oxşar xəbərlər