Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
***
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekin vaxtı ilə gecə yarısı maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.