Çin Xarici İşlər Nazirliyi Çin və ABŞ arasında əsir mübadiləsini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.
“Çin hökumətinin yorulmaz səyləri sayəsində ABŞ tərəfindən haqsız yerə həbs edilən üç Çin vətəndaşı sağ-salamat vətənlərinə qayıdıblar”, - deyə o qeyd edib.
Diplomat Çinin öz vətəndaşlarını heç vaxt tərk etməyəcəyini bildirib.
O əlavə edib ki, Çin Xalq Respublikası öz vətəndaşlarının qanuni hüquq və mənafelərini qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək.