Çin administrasiyası "Vaqner"in üsyanı ilə Rusiyada yaranan böhranla bağlı öz susqunluğundan sonra dəstəyini ifadə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.
Bəyanatda "Vaqner" adı çəkilmədən, "Bu, Rusiyanın daxili işidir. Çin Rusiyanın yeni dövrdə mehriban qonşusu və hərtərəfli strateji koordinasiya tərəfdaşı kimi onun milli sabitliyini, inkişafını və rifahını dəstəkləyir" deyilir.