Operativ Məlumat Mərkəzi

"Chery" Rusiya bazarını tərk edir?

1 dəq
Paylaş:
"Chery" Rusiya bazarını tərk edir?
şirkətin mətbuat xidmətindən TASS-a bildiriblər ki, “Chery” brendi Rusiya bazarını tərk etmir. Daha əvvəl "Nikkei" xəbər agentliyi "Chery"nin IPO...

Çin avtomobil istehsalçısı "Chery"nin Rusiyadakı törəmə şirkəti brendin Rusiya bazarını tərk etməsi ilə bağlı xəbərləri təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkətin mətbuat xidmətindən TASS-a bildiriblər ki, “Chery” brendi Rusiya bazarını tərk etmir.

Daha əvvəl "Nikkei" xəbər agentliyi "Chery"nin IPO sənədlərinə istinadən şirkətin 2027-ci ilə qədər Rusiya bazarını tərk etmək planları barədə məlumat vermişdi.

Qeyd edək ki, "Chery" brendi 2025-ci ilin avqustunda ən populyar xarici avtomobillərin ilk üçlüyünə daxil olub. Brendin avtomobillərinin satışı 11 100 ədəd təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər