Əsas məzmuna keç

Ceyhun Bayramov gürcü həmkarını təbrik edib

Ceyhun Bayramov gürcü həmkarını təbrik edib

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi...

Azərbaycanın naziri və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…