Əsas məzmuna keç

Ceyhun Bayramov GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb

Ceyhun Bayramov GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb

Azərbaycan Respublikası naziri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Altay Əfəndiyev ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə tərəflər arasında GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb, təsisçi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib.

Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan , və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümidvarlıq ifadə olunub.

Nazir ölkəmizin GUAM çərçivəsində ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğu bildirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…