Əsas məzmuna keç

Bu ilin 11 ayında Azərbaycanda maqnitudası üçdən yuxarı 53 zəlzələ olub

Bu ilin 11 ayında Azərbaycanda maqnitudası üçdən yuxarı 53 zəlzələ olub

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvarın1-dən dekabrın 1-dək - red) maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb.  "Operativ Məlumat...

Azərbaycanda ilin əvvəlindən bu (yanvarın1-dən dekabrın 1-dək - red) maqnitudası 3 və ondan 53 zəlzələ alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya görə, təkanlardan 45-nin maqnitudası 3 və 3-dən yuxarı, 5-i 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə, Şamaxıda, Laçında, Mingəçevir Su anbarında qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…