Əsas məzmuna keç

"Bu dərmanın eyni zamanda autizmlə əlaqəli ola bilər" - Tramp

"Bu dərmanın eyni zamanda autizmlə əlaqəli ola bilər" - Tramp

bununla bağlı xarici KİV məlumat yayıb. Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ-də artan autizm halları ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq...

ABŞ Prezidenti Tramp "" adlı dərmanın aktiv maddəsi olan "asetaminofenin" dövründə istifadəsinin uşaqlarda riskini böyük ölçüdə artırdığını iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tramp Ağ Evdə keçirdiyi konfransında ABŞ-də artan autizm halları ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq qurumlarla birlikdə hazırladığı bəzi tapıntıları ictimaiyyətlə bölüşüb.

O bildirib ki, "Tylenol"un tərkibindəki asetaminofen maddəsinin hamiləlik dövründə istifadəsi uşaqlarda autizm riskini əhəmiyyətli dərəcədə artırır və buna əsaslanaraq nazirliyin yeni tənzimləmələr hazırlayacağını elan edib.

ABŞ Prezidenti əlavə edib: "Tylenol" qəbul etmək yaxşı deyil. Mən sizə deyirəm, bu yaxşı deyil. Buna görə də tibbi cəhətdən zəruri olmadıqca qadınların hamiləlik zamanı "Tylenol" istifadəsini məhdudlaşdırmalarını ciddi şəkildə tövsiyə edirik."

Tramp bu dərmanın eyni zamanda autizmlə əlaqəli ola biləcəyini irəli sürüb, lakin bu iddianın elmi əsasları ilə bağlı ətraflı açıqlama verməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…