Əsas məzmuna keç

Britaniya parlamentində Qara Yanvar ilə bağlı təşəbbüs irəli sürülüb

Britaniya parlamentində Qara Yanvar ilə bağlı təşəbbüs irəli sürülüb

bu təklif deputat Bob Bləkmen tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün...

Böyük parlamentində qanunverici statusunda olan 644 nömrəli erkən təklifi (Early Day Motion) təqdim edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təklif Bob Bləkmen tərəfindən sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir.

Təklifdə vurğulanıb ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib və nəticədə təxminən 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır.

Deputat Bob Bləkmen təklifin mətnində hadisələrin əhəmiyyətini vurğulayaraq, xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…