Əsas məzmuna keç

BMTİP rəsmisi: "Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq"

BMTİP rəsmisi: "Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq"

bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və...

"Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci texniki konfransda zamanı deyib.

Onun sözlərinə görə, qadınlar mina qurbanı olduqlarına görə minatəmizləmə sahəsinə də töhfə verə bilərlər: "Ona görə də qadın minatəmizləyənlərin yetişdirilməsin tərəfdarıyıq. təəssüflər olsun ki, dünyamız minalarla doludur. BMT 40-dan çox ölkəyə bu istiqamətdə yardım göstərir. Müharibələr başa çata bilər, ancaq minalar, partlamamış sursatlar savaşdan sonra belə insanları təhlükə ilə üz-üzə qoyur. Bu isə bir ölkənin təkbaşına öhdəsindən gələcəyi iş deyil, tərəfdaşlara, dostlara ehtiyacımız var. Bu baxımdan, Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…