Əsas məzmuna keç

BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib

BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib

bunu Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib. “Baş katibi Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan və...

BMT-nin Qazaxıstanda Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.

“Baş katibi Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbəri dərindən kədərləndirib. Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır”, - deyə bəyanatda vurğulanıb.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…