ABŞ Qarabağdakı hadisələr fonunda tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Azərbaycanın Qarabağdakı ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıyıb-tanınmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət katibinin sözlərinə görə, söhbət suverenlik, ərazi bütövlüyü, müstəqillikdən gedirsə, bu məsələlərdə maraqlı olan hər bir tərəfi ABŞ dəstəkləyir.
Blinken vurğulayıb ki, ABŞ son 24 saat ərzində rəsmi baş tutmuş müzakirələrdə iştirak edən rəsmi Bakı və Qarabağdakı etnik ermənilərin nümayəndələri də daxil olmaqla, bu məsələlərdə maraqlı olan bütün tərəflərlə sıx əlaqə saxlayır.
Onun sözlərinə görə, ABŞ-ın istəyi dialoqlara, danışıqlara və məsələlərin diplomatik yolla həllinə qayıtmaqdır.
ABŞ dövlət katibi həmçinin bu həftə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamaq fürsətinin olduğunu qeyd edib.
“Regionda sülhə nail olmaq həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verən bir məsələdir. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri hər ikisi bu məsələnin həlli üçün səy göstərib və sülhün təmin olunması Avropa İttifaqı ilə birlikdə ABŞ tərəfindən dəstəklənir”, - AB, dövlət katibi əlavə edib.
Blinken onu da əlavə edib ki, ABŞ-ın da dəstəklədiyi davamlı sülh hər iki ölkəyə, regiona böyük fayda verəcək.
Blinken: ABŞ tərəflərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir
Oxşar xəbərlər
Xarici Siyasət
Marta Kos: Aİ Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirir
Xarici Siyasət
Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq
Xarici Siyasət
Azərbaycanın D-8 təşəbbüsü əməkdaşlığa böyük təkan verəcək
Xarici Siyasət
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
Eyni mövzuda
Xarici Siyasət
Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi
Xarici Siyasət
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni bir mərhələnin açılmasıdır
Xarici Siyasət
Tramp İlham Əliyevə məktub göndərdi
Xarici Siyasət
Babiş Azərbaycan Prezidentini Çexiyaya rəsmi səfərə dəvət edib
Daha çox: Xarici Siyasət
Xarici Siyasət
Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib
Xarici Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib
Foto
Xarici Siyasət
Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib
Foto
Xarici Siyasət