Avropa Komissiyasının sədri Ursula fon der Leyen Serbiyanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmasını tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Serbiyanın Aİ-yə daxil olması istiqamətində konkret addımlar atmağın vaxtı çatıb. Biz xarici siyasətimiz, o cümlədən Rusiyaya qarşı sanksiyalar arasında daha çox uyğunlaşma görməliyik. Biz Serbiyanı etibarlı tərəfdaş kimi görmək istəyirik", - o qeyd edib.