Əsas məzmuna keç

Birinci sinfə şagird qəbuluna başlanılıb

Birinci sinfə şagird qəbuluna başlanılıb

qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Belə ki, bu gün saat 11:00-dan etibarən elektron portalda uşaqların...

Bu gündən 2023-2024-cü ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Belə ki, bu gün saat 11:00-dan elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Mayın 15-i saat 11:00-dan mayın 31-də saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün aparılacaq.

Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…