Əsas məzmuna keç

Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - FOTO

Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - FOTO

bu barədə XİN rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi...

Azərbaycanın naziri BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.

" 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Troykasının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır. Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…