Əsas məzmuna keç

Bayden kimya terapiya müalicəsini tamamladı

Bayden kimya terapiya müalicəsini tamamladı

ABŞ-nin keçmiş prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnozu qoyulduqdan sonra aldığı terapiya müalicəsini tamamladığı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Baydenin ofisindən verilən açıqlamada, müalicə prosesinin bir neçə həftə davam etdiyi qeyd olunub.

Baydenin sözçüsü "NBC News"a verdiyi açıqlamada, 82 yaşlı sabiq prezidentin “şüa (radiasiya) və hormon terapiyası” aldığını və bu prosesin təxminən beş həftə davam etdiyini bildirib. Baydenin əlavə müalicəyə ehtiyac duyub-duymayacağı isə hələlik bəlli deyil.

keçən ay da, dəridəki bədxassəli toxumaların qat-qat təmizləndiyi “Mohs cərrahiyyəsi” ilə dəri xərçəngi müalicəsi almışdı və həmin dövrdə Bayden ictimaiyyət qarşısına alnında sarğı ilə çıxmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…