Əsas məzmuna keç

Baş prokuror Litvanın Xüsusi İstintaq Komitəsinin nümayəndə heyəti ilə görüşüb

Baş prokuror Litvanın Xüsusi İstintaq Komitəsinin nümayəndə heyəti ilə görüşüb

Bu gün Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində...

Bu gün Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsini icra edən Yovitas Razkeviçiusun rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Baş prokuror İlham Əliyevin bu ilin may ayında Litvaya rəsmi səfəri zamanı baş prokurorluqlar arasında imzalanmış 2024-2025-ci illər üçün Proqramının gələcəkdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Həmçinin, “Tvinninq” layihəsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyi bildirilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Yovitas Razkeviçius Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…