Əsas məzmuna keç

Baş nazir Şəhid adlarının məktəblərə verilməməsinin səbəbini açıqlayıb

Baş nazir Şəhid adlarının məktəblərə verilməməsinin səbəbini açıqlayıb

“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə almaq lazımdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərdən onların adı məktəblərə verilə bilmir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

O xatırladıb ki, İlham Əliyev və Birinci vitse-prezident şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır: “Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…