Operativ Məlumat Mərkəzi

"Barselona" futbolçusunu satır

1 dəq
Paylaş:
"Barselona" futbolçusunu satır

"Barselona"nın hücumçusu Vitor Roke tezliklə "Palmeyras"a satılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sport" portalına istinadən xəbər verir ki, Roke "Palmeyras"a transferini başa çatdırmaq üçün gələn həftənin əvvəlində vətəninə gedəcək.

Müqavilə demək olar ki, razılaşdırılıb.

"Barselona" futbolçunun satışından təxminən 25 milyon avro qazanacaq

Bundan əlavə, Kataloniya nəhəngi 19 yaşlı forvardın gələcək satışından əldə olunan məbləğin 20%-ni alacaq.

Vitor Roke "Barselona"ya 2024-cü ilin əvvəlində 30 milyon avroya "Atletiko Paranaense"dən keçib.

Braziliyalı hazırda "Betis"də icarə əsasında çıxış edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər