Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

1 dəq
Paylaş:
Bakıda Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

Sabah saat 08:00-dan Bakının prospektində (Mehdi Hüseyn küçəsindən Müşfiq küçəsinə qədər), saat 23:00-dan isə Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) hərəkət qismən məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb təmir işləridir.

Hərəkətin məhdudlaşdırılması bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax