Əsas məzmuna keç

Bakıda narkotik və 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb

Bakıda narkotik və 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb

bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş...

Bakının Yeni Günəşli qəsəbəsində 2 kiloqramdan çox və 2 ədəd “” avtomatı aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Seymur saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram 150 qram psixotrop maddə metamfetamin və 995 qram tiryək aşkar olunaraq götürülüb. S.Səfərov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Həmçinin, son bir-neçə gün ərzində Yeni Günəşli qəsəbəsində müxtəlif şəxslər tərəfindən aşkar edilən 2 ədəd “Kalaşnikov” markalı avtomat silah və 30 ədəd patron həmin vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…