Əsas məzmuna keç

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil...

“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə başlanaraq ibtidai istintaq aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…