Əsas məzmuna keç

Bakıda 19 yaşlı oğlan bacısını boğub öldürdü

Bakıda 19 yaşlı oğlan bacısını boğub öldürdü

bu barədə Binəqədi rayon prokurorluğunun məlumatında deyilir. Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə...

Sulutəpədə bacısını qətlə yetirməkdə şübhəli şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğunun məlumatında deyilir.

Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində fərdi evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…