Operativ Məlumat Mərkəzi

Bakı-Qazax yolunda qəza olub, ölən var - FOTO

2 dəq
Paylaş:
Bakı-Qazax yolunda qəza olub, ölən var - FOTO

Ötən gün, saat 23:00 radələrində Bakı-Qazax yolunun rayonu ərazisindən keçən hissəsində rayon sakini Rəşad Qurbanovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı yük avtomobili ilə toqquşduqdan sonra yoldan aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsindən (BDYPİ) bildirilib.

Qəza nəticəsində R.Qurbanovun sərnişini - Yevlax rayon sakini, 66 yaşlı Vahid Babayev hadisə yerində həyatını itirib.

"Bu növ qəzalar üçün səciyyəvi olan minik avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsindən, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi əməllərin sonda bərpası mümkün olmayan itkilərə yol açdığını bir daha xatırladır və sürücüləri yaşanan acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax