Əsas məzmuna keç

AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır

AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in əldə...

AzTV-nin əməkdaşı, aparıcı Əsədzadənin 2 qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə sentyabrın 26-sı saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən daxil olub: Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın) şəxsin həkiməqədər ölüm faktı alınıb”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…