Əsas məzmuna keç

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb....

Azərbaycanlı gənc Röya Talıbova Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda (tenure-track) olaraq fəaliyyətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb.

Qeyd edək ki, Röya Talıbova 2007-2011-ci illərdə Dillər Universitetində münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.

Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…