Operativ Məlumat Mərkəzi

Azərbaycanın XİN başçısı Qırğızıstana səfərə gedib

1 dəq
Paylaş:
Azərbaycanın XİN başçısı Qırğızıstana səfərə gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə yola düşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər