Əsas məzmuna keç

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

jurnalistlər əvvəlcə dövlət başçısının Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın tikildiyi əraziyə baş çəkiblər. Bildirilib ki, şəhərin Baş...

İlham Əliyevin sentyabrın 28-də rayonlarına səfərin ardınca bu gün bölgəyə media nümayəndələrinin səfəri təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, jurnalistlər əvvəlcə dövlət başçısının Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın tikildiyi əraziyə baş çəkiblər.

Bildirilib ki, şəhərin Baş planına əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektara yaxın ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı doldurma məntəqələri ilə təmin olunacaq.

Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…