Əsas məzmuna keç

Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə kəskin artırılıb

Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə kəskin artırılıb

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb. "Operativ Məlumat...

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat gözlənilir.

Bunlar, 2024-cü ilin proqnozlarına olaraq 5,3 % və 4,1 % çoxdur.

Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Artım Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12 milyard 781 milyon manatdan 14 milyard 181 milyon manata çatdırılması hesabına olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…