Əsas məzmuna keç

Azərbaycanda çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir

Azərbaycanda çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir

bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, dünya praktikasında...

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:

"Biz çoxuşaqlı anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

Komitə sədri Musa Quliyev də deputatın təklifini dəstəkləyib: "Çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır. Uşaqların sayı üçə və dördə endirilməlidir. Bu məsələ işçi qaydada müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə edilir. Bununla bağlı pozitiv fikirlər var. əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…