Əsas məzmuna keç

Azərbaycanda COVID-19-un yeni ştamları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda COVID-19-un yeni ştamları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq...

“Hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir:

“Müxtəlif ölkələrdən olan şəxslərin , təyyarə, əyləncə məkanları kimi qapalı yerlərdə bir gəlməsi yoluxmaların artmasına təkan , yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Koronavirus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşır. Bu səbəbdən variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır”.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…