Əsas məzmuna keç

Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib

Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib

biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən planının hazırlanması barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" Pakistan mətbuata istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Xan (Syedaal Khan) ilə keçirdiyi görüşdə əldə olunub.

Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı perspektivlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər, ikitərəfli münasibətlər və regionun ümumi vəziyyəti müzakirə edilib.

“Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac var. İkitərəfli investisiya və ticarətin təşviqinə təcili ehtiyac var və iqtisadi əməkdaşlığı artımaq üçün mövcud maneələrin aradan qaldırılması lazımdır. Biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsi və investisiya imkanları arta bilər. Pakistan, xüsusən Bəlucistan əyaləti mineral sərvətlərlə zəngindir və bu regionun taleyinin dəyişdirilməsində mühüm rol oynayacaq.”- Syedaal Xan bildirib.

Xəzər Fərhadov qeyd edib ki, Azərbaycan Pakistanla əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…