Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

1 dəq
Paylaş:
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev...

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər