Əsas məzmuna keç

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanının cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanının cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun...

Dövlət Aqrar Universitetinin dekanı barəsində məhkəməyə göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Xidmətindən məlumat verilib.

Bildirilib ki, universitetin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…