Operativ Məlumat Mərkəzi

ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstan və Özbəkistana səfər edəcək

1 dəq
Paylaş:
ATƏT-in fəaliyyətdə olan sədri Qazaxıstan və Özbəkistana səfər edəcək
bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir. Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir. "Səfər...

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 10-11 iyun tarixlərində Qazaxıstan və Özbəkistana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Mərkəzi Asiyaya ilk səfəridir.

Səfərin məqsədi regionda ATƏT-in tərəfdaşlığını gücləndirməkdir.

"Səfər zamanı Finlandiyanın xarici işlər naziri Qazaxıstan və Özbəkistan rəhbərliyi, həmçinin ATƏT-in sahə missiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Valtonen həmçinin Daşkənddə universitetə baş çəkəcək və tələbələr qarşısında çıxış edəcək", - XİN-in məlumatında bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər