Əsas məzmuna keç

ANAMA: Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir

ANAMA: Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb. ANAMA-dan "Operativ...

Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumatda deyilir ki, aprelin 26-da Tərtər rayonunun kəndi istiqamətində minalardan ərazidə mina hadisəsi baş verib: "Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Avrasiya Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…