Operativ Məlumat Mərkəzi

Almaniya XİN: Rusiya ilə ABŞ arasında görüş Ukrayna danışıqları üçün faydalı ola bilər

1 dəq
Paylaş:
Almaniya XİN: Rusiya ilə ABŞ arasında görüş Ukrayna danışıqları üçün faydalı ola bilər
bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb. "Amerikalıların hazırda Rusiya ilə Moskvadakı səfirliklərinin imkanlarını...

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Rusiya Federasiyası və ABŞ nümayəndə heyətlərinin görüşü Ukrayna üzrə gələcək danışıqlar üçün faydalı ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

"Amerikalıların hazırda Rusiya ilə Moskvadakı səfirliklərinin imkanlarını bərpa etmək barədə danışması, digər məsələlərlə yanaşı, gələcək danışıqlar üçün faydalı ola bilər",- deyə Berbok bildirib.

Berbokun sözlərinə görə, "Ukraynada uzunmüddətli sülhə nail olmaq indi vacibdir.

Nazir bunun yalnız Avropanın iştirakı ilə mümkün ola biləcəyini iddia edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər