Əsas məzmuna keç

Akkumulyator oğruları saxlanıldı

Akkumulyator oğruları saxlanıldı

Yük avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  Daxili İşlər...

avtomobillərinin akkumulyatorlarını oğurlamaqda şübhəli 2 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şəhər İdarəsinin 5-ci Polis Bölməsinə müxtəlif vaxtlarda şəhər ərazisində “Daf”, “MAN”, “KamAZ” markalı 4 yük avtomobilindən 6 ədəd akkumulyatorun oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…