Operativ Məlumat Mərkəzi

Aİ NATO olmadan Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir

1 dəq
Paylaş:
Aİ NATO olmadan Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir
bu barədə “The Washington Post” məlumat yayıb. Məqalə müəllifləri vurğulayıblar ki, Kiyevin avropalı müttəfiqləri Rusiya ilə müharibəni dayandırmaq üçün...

Avropa ölkələri atəşkəs razılaşmasının əldə olunacağı təqdirdə Ukrayna ərazisinə sülhməramlı qoşunların göndərilməsi imkanını nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məqalə müəllifləri vurğulayıblar ki, Kiyevin avropalı müttəfiqləri Rusiya ilə müharibəni dayandırmaq üçün razılıq əldə ediləcəyi təqdirdə Ukraynada qoşun yerləşdirmək ideyasını ciddi şəkildə nəzərdən keçirirlər.

Təhlilçilər və rəsmilər atəşkəs rejiminə əməl etmək üçün on minlərlə əsgərdən ibarət “əhəmiyyətli qüvvə” tələb edəcəyini bildirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər