Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynaya bütün yardım proqramlarını dayandırıb

1 dəq
Paylaş:
ABŞ Ukraynaya bütün yardım proqramlarını dayandırıb
bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Qiyom Mersier deyib. "Biz ABŞ Prezidenti Donald Trampın yardım proqramını...

Avropa İttifaqı (Aİ) ABŞ-ın Ukrayna da daxil olmaqla, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dayandırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Qiyom Mersier deyib.

"Biz ABŞ Prezidenti Donald Trampın yardım proqramını 90 gün müddətinə dayandırmaq barədə açıqlamasını nəzərə aldıq. Bu qərarın nəticələri barədə spekulyasiya etməyəcəyəm. Biz öz tərəfimizdən Ukraynanı bütün sahələrdə dəstəkləyirik", - deyə nümayəndə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər