ABŞ Ukraynaya yardımı kəsərsə, Avropa İttifaqı (Aİ) Kiyevə dəstəyi davam etdirməli olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzetinə müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Əgər ABŞ yardımı kəssə, o zaman biz Ukraynanı dəstəkləməyə davam etməli olacağıq, çünki mən Rusiyanın qalib gələcəyi təqdirdə nə baş verəcəyindən narahatam", - o vurğulayıb.
Kallasın sözlərinə görə, Aİ-nin Kiyevə yardımı “öz təhlükəsizliyimizə” və qlobal təhlükəsizliyə “sərmayə”dir.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri bəyan edib ki, Ukraynaya maliyyə dəstəyi “xeyriyyə deyil”, bu, Avropa və ABŞ-ın strateji maraqlarına cavab verir.
Kallas daha əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa demişdi ki, Çinə təsir etmək üçün Rusiya ilə münasibətlərdə “güclü” olmalıdır.