Əsas məzmuna keç

Ağstafada narko-kuryerin çantasından narkotik və silah aşkarlanıb

Ağstafada narko-kuryerin çantasından narkotik və silah aşkarlanıb

Ağstafa Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən bildirilib.

zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. R. Cəfərova məxsus idman çantasından müxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…