Əsas məzmuna keç

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni təyin edilib.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"ə məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

Qeyd edək ki, T. 1975-1981-ci illərdə Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.
T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkimi vəzifəsində çalışıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…